10:21 08-04-2020
news_image
101
FUTBOL

Ölkəsinə qayıdır - Edinson Kavani

PSJ-nin hücumçusu Edinson Kavani Avropanı tərk etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin üzvü karyerasının son illərini ölkəsində keçirmək niyyətindədir.

"Penyarol"un kapitanı Kristian Rodriges tezliklə onunla komanda yoldaşı olacağını açıqlayıb. O bildirib ki, Kavani "Penyarol"a keçməyə hazırlaşır. Kavani həmçinin "Boka Xuniors", Braziliyanın 3 klubunun, eyni zamanda "Atletiko"nun maraq dairəsindədir.

Qeyd edək ki, Edinson Kavani bu mövsüm meydana çıxdığı 22 oyunda 7 qol, 3 assistlə yadda qalıb.