13:17 08-04-2020
news_image
171
FUTBOL

Gözü “Ayaks”ın qapıçısında - “Barselona”nın

İspaniyanın “Barselona” klubu Hollandiya “Ayaks”ında çıxış edən Andre Onana ilə maraqlanır.

Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi bu qapıçını ehtiyat variant kimi nəzərdən keçirir.

Barselonalılar indiki qolkiper Mark-Andre Ter-Şteqenlə müqaviləni uzada bilməsə, heyətə yeni əlcək sahibi cəlb edəcək. Almaniyalının 2022-ci ilin yayında başa çatacaq anlaşmasının uzadılması isə düyünə düşüb.

Qolkiper dünyanın ən yüksək ödənişli qapıçısı olmaq istəyir. Koronavirus pandemiyasının yaratdığı böhran isə “Barselona”ya bu imkanı vermir.

Bu səbəbdən “Ayaks”ın 24 yaşlı qapıçısı “Barselona”ya uyğun gəlir. O, artıq növbəti mövsümdən La Liqa təmsilçisinə qoşula da bilər.

Qeyd edək ki, Onana cari mövsüm 24 oyunda meydana çıxıb, 8 matçda qol buraxmayıb.