13:51 08-04-2020
news_image
124
FUTBOL

Qızı ilə birlikdə qəzaya uğradı - sabiq "Liverpul"lu

"Liverpul"un sabiq futbolçusu Yon Arne Riise xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Norveçin tanınmış siması qızı ilə birlikdə avtomobil qəzasına uğrayıb.

Keçmiş sol cinah müdafiəçisinin idarə etdiyi avtomobil başqa maşınla toqquşub. Hadisədən dərhal sonra Riise və qızı Adriana xəstəxanaya aparılıb. Ancaq onlar ciddi xəsarət almadıqlarından, evə buraxılıblar.

Qeyd edək ki, 2001-2008-ci illərdə "Liverpul"dakı çıxışı ilə tanınan Yon Arne Riise 2016-cı ildə karyerasını başa vurub.