14:17 08-04-2020
news_image
224
FUTBOL

“Düşündüyünü birbaşa üzə deyir" - "Sabah"ın futbolçusu

"Jelko Sopiçlə qonşu ölkələrdənik və eyni dildə danışırıq".

Bunu apasport.az saytına "Sabah"ın müdafiəçisi Filip İvanoviç deyib.

Serbiyalı müdafiəçi qış fasiləsindən öncə komandanın sükanı arxasına keçən xorvatiyalı çalışdırıcı barədə fikirlərini bölüşüb. 28 yaşlı futbolçu Sopiçin kollektivlə yaxşı münasibət qurduğunu söyləyib: "Baş məşqçi gələn kimi, dərhal xarakter nümayiş etdirdi və futbolçularla əla münasibət qurdu. Komanda onu düzgün başa düşdükdən sonra daha yaxşı oyunlar göstərdik və uğurlu nəticələr əldə etdik. O ki qaldı mənə, baş məşqçi imkanlarımın 100 faizini sərf etməyimi gözləyir və məni komandanın liderlərindən biri kimi görür".

İvanoviçin fikrincə, Sopiç açıqsözlü məşqçidir və bu, bəzi oyunçuların xoşuna gəlməyə bilər: "Onun çətin məşqçi olduğunu deməzdim. Sadəcə, futbolu düzgün oxuma qabiliyyətinə malikdir və münasibətini açıqsözlülük üzərindən qurur. Kiməsə xoş gələ, kiməsə gəlməyə bilər. Ancaq Sopiç düşündüyünü birbaşa üzə deyir. Kollektivdə nizam-intizamı artırdı və məşq zamanı yüksək keyfiyyətdə hazırlaşanların oyunlarda meydana çıxacağını hamıya göstərdi".

Qeyd edək ki, "Sabah" Premyer Liqada 20 turdan sonra 21 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.