16:20 08-04-2020
news_image
186
FUTBOL

"Barselona" ilə anlaşdı - PSJ-nin müdafiəçisi

PSJ-nin müdafiəçisi Leyvin Kurzava yeni komandasını müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu karyerasını İspaniyada davam etdirəcək.

"Arsenal"la ortaq məxrəcə gələ bilməyən sol cinah oyunçusu "Barselona" ilə ilkin razılıq əldə edib. 28 yaşlı Kurzava Kataloniya klubunun təklifini müsbət qarşılayıb, tərəflər ortaq məxrəcə gəliblər. Fransa millisinin üzvünün keçidinin rəsmiləşməsi üçün artıq mövsümün sonunu gözləmək qalır.

Qeyd edək ki, Leyvin Kurzavanın PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, o, "Barselona"ya havayı keçəcək.