16:38 08-04-2020
news_image
1833
FUTBOL

Dodo Azərbaycana qayıdır

"Qəbələ"nin sabiq kapitanı Luis Paulo Hilario Dodo yenidən Azərbaycana köçməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı vinger keçmiş komandasına qayıtmağa çox yaxındır.

Hələ cari mövsümün əvvəlində də "qırmızı-qaralar"a dönüşü gündəmdə olan braziliyalı futbolçu yenidən klub rəhbərliyinin maraq dairəsindədir. Bununla bağlı Dodonun özü ilə ilkin danışıq da aparılıb. Hazırda "Liepaya" klubunda çıxış edən futbolçunun latviyalılarla müqavilə müddətinin mövsümün sonuna qədər olması keçidin reallaşma ehtimalını artırır.

Dodo hətta bölgə təmsilçisinin əvvəlkindən az maaş təklifini də müsbət cavablandırıb. O, karyerasının son müqaviləsini "Qəbələ" ilə bağlayıb, məhz bu komandanın heyətində futbolla vidalaşmaq niyyətindədir. Maliyyə məsələsində problem olmadığından, "sambaçı"nın mövsümün sonunda ölkəmizə qayıdacağı böyük ehtimalla dəqiqləşib.

Qeyd edək ki, Dodo 2011-2016-cı illərdə "Qəbələ"də çıxış edib, Avropa Liqasının qrup mərhələsində bu komandanın formasını geyinib.