17:26 08-04-2020
news_image
142
FUTBOL

Dmitri Nazarova görə sevinir - klub prezidenti

"Nazarov və digər futbolçularla öncədən müqavilə imzaladığımız üçün sevinirəm".

Apasport.az saytının məlumatına görə, bunu "Aue" klubunun prezidenti Holqe Leonhardt deyib.

Koronavirus pandemiyası ilə əlaqədar Avropa klublarının maliyyə problemi ilə üzləşdiklərini vurğulayan II Bundesliqa təmsilçisinin rəhbəri bir neçə oyunçu ilə öncədən yeni müqavilə imzalamalarını dəyərləndirib. O, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun da aralarında olduğu 6 aparıcı futbolçunun 2023-cü ilin yayına qədər komandada qalacağını "Aue" üçün şans sayıb: "2023 layihəmiz uğurlu oldu. Bu sayədə bir komandanın özəyini təşkil edən futbolçuların məsələsini dəqiqləşdirdik. Yaranacaq maliyyə problemi öncəsi bu bizi bir qədər rahatladır".

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən "Aue"nin formasını geyinir.