17:37 08-04-2020
news_image
176
FUTBOL

“Heç kim təsəvvür etmirdi ki, o, ən yaxşı olacaq” - sabiq “Barselona”lı Messi barədə

İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Kristian İdalqo Lionel Messi barədə fikirlərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 2002/03 mövsümündə Kataloniya təmsilçisində çıxış edən futbolçu argentinalının komandaya yeni gəldiyi vaxtlardan istedadı ilə seçildiyini vurğulayıb.

İdalqo bildirib ki, heç kim Lionelin indiki səviyyəyə çatacağını təsəvvür etməyib: “Messinin istedadını hamı görürdü və bilirdi ki, gələcəkdə yüksək səviyyəli futbolçu olacaq. Amma heç kimi təsəvvür etmirdi ki, o, ən yaxşı olacaq”.

Qeyd edək ki, “Barselona”nın və Argentina millisinin şərəfini qoruyan Messi 6 dəfə “Qızıl top”a layiq görülüb.