18:11 08-04-2020
news_image
2383
FUTBOL

"Roma"nın ilk "qurbanı" - Cengiz Ündər

Koronavirus pandemiyası ilə əlaqədar maddi ziyana uğrayan İtaliya klubları bəzi aparıcı oyunçularını satmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, "Roma" da bir neçə oyunçusunu mövsümün sonunda transferə çıxaracaq.

"Canavarlar"ın ilk "qurbanı" artıq bəllidir. Paytaxt təmsilçisi türkiyəli yarımmüdafiəçi Cengiz Ündəri satmaq qərarına gəlib. Hələ də bərpa olunmayan mövsüm başa çatdıqdan sonra "Roma" Cengizi sərfəli qiymətə sataraq, maddi itkilərinin bir qismini sığortalamaq niyyətindədir.

Qeyd edək ki, Cengiz Ünder "Roma"ya 2017-ci ildə "Başakşəhər"dən keçib.