23:11 08-04-2020
news_image
782
FUTBOL

7 təklif - "Real"ın futbolçusuna

Dortmund "Borussiya"sının müdafiəçisi Əşrəf Hakimi Avropa klublarının diqqət mərkəzindədir.

Apasport.az saytının məlumatına görə, müqavilə ilə "Real"a məxsus olan Mərakeş millisinin üzvü Madrid klubuna qayıtmaya bilər.

Düzdür, 22 yaşlı cinah oyunçusu dönməyin tərəfdarıdır. Lakin o, bunun üçün baş məşqçi Zinəddin Zidandan əsas heyət təminatı tələb edir. Bu isə onun Madridə qayıtmaq ehtimalını azaldır. "Kral klubu"na Hakimi ilə bağlı artıq 7 klub müraciət edib. Bunlar "Çelsi", "Tottenhem", "Arsenal", "Yuventus", PSJ, "Bavariya" və hazırkı komandası "Borussiya"dır.

Qeyd edək ki, Əşrəf Hakiminin "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.