23:54 08-04-2020
news_image
134
FUTBOL

Bernardeskini Donnarummaya dəyişmək istəyir - “Yuventus”

İtaliyanın “Milan” klubunun futbolçusu Canluici Donnarumma komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, qapıçının “Yuventus”a keçmək variantı yaranıb.

Turin təmsilçisi “Milan”a qapıçı ilə Federiko Bernardeskini dəyişməyi təklif etmək niyyətindədir. Qolkiperin agenti Mino Rayolanın “Yuventus”la münasibətləri keçidin baş tutmasında rol oynaya bilər. 

Qeyd edək ki, Bernadeskinin 19 yaşlı vinger Deyan Kuluşevskinin “Parma”dan transferinə görə komandadan ayrılacağı gözlənilir.