00:22 09-04-2020
news_image
81
FUTBOL

Sarri gedişinə icazə vermədi - De Liqtin

"Yuventus" müdafiəçisi Mattiys De Liqti mövsümün sonunda satmayacaq.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Mauritsio Sarri 20 yaşlı futbolçunun gedişinə mane olub.

Hollandiya millisinin üzvü əsas heyətin daimi üzvü olmadığından, ayrılmaq barədə düşünür. Onunla "Real" və "Mançester Yunayted" yaxından maraqlanır. Lakin Sarri buna qarşı çıxıb. O, de Liqtin komandaya gələcəkdə çox kömək edəcəyini düşünür.

Qeyd edək ki, Mattiys De Liqtin "Yuventus"la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.