10:10 09-04-2020
news_image
131
FUTBOL

Ən gözəl 5 qolu - birini "Qarabağ"a vurub

Meksika millisinin hücumçusu Xavyer Ernandesin Avropa karyerasında vurduğu ən gözəl 5 qol seçilib.

Apasport.az saytının məlumatına görə, Çiçaritonun məyus etdiyi komandalar arasında "Qarabağ" da olub.

10 il əvvəl "Quadalaxara"nı "Mançester Yunayted"ə dəyişərək, Avropa macərasına start verən 32 yaşlı forvard bu il "Los Anceles Qalaksi" üçün ABŞ-a köçüb. "Köhnə dünya"dakı son klubu "Sevilya"da çox qalmayan Çiçaritonun cari mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıdakı qarşılaşmada cərimə zərbəsindən vurduğu top qitədəki ən gözəl 3-cü qolu seçilib.

Qeyd edək ki, ötən il sentyabrın 19-da keçirilən "Qarabağ" - "Sevilya" qarşılaşması qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.