10:57 09-04-2020
news_image
219
FUTBOL

Peşəkar statusunu itirir - 10 qat ölkə çempionu

Belçikanın “Standard” klubu “Pro” lisenziyası ala bilməyib.

Apasport.az saytının məlumatına görə, kluba məxsus stadionun şübhəli satışı və futbolçulara ödəniləcək bonusların gecikməsi səbəb olub.

Lyej təmsilçisi 8 futbolçuya ödənməli 1 milyon 44 min 27 avronu gecikdirir. Əgər “Standard” problemlərini həll edə bilməsə, klub müflisləşəcək və həvəskarlar liqasında mübarizə aparmalı olacaq.

Peşəkar statusunu itirmək təhlükəsi ilə üzləşən yeganə klub deyil. Daha 6 komanda eyni problemlə üzləşib. Bunlar “Muskron”, “Lommel”, “Ostende”, “Lokeren”, “Roselar” və “Ekselsior”dur.

Qeyd edək ki, “Standard” 10 dəfə ölkə çempionu, 8 dəfə kubok, 1 dəfə Liqa kuboku, 4 dəfə Superkubokun qalibi olub, 1981/82 mövsümündə Kuboklar kubokunun finalına yüksəlib.