14:04 09-04-2020
news_image
1947
DİGƏR NÖVLƏR

İdman sarayının tikintisinə 4,6 mln. manat ayrıldı - Gəncədə

Gəncə şəhəri İcra Hakimiyyəti Gəncə şəhərində idman sarayının tikintisinə dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi “Rövşən Oğuz Qrup" MMC seçilib.

Bu şirkətlə tikinti işlərinin görülməsinə dair ümumi dəyəri 4,6 mln. manat təşkil edən müqavilə imzalanıb.