14:25 09-04-2020
news_image
82
FUTBOL

"Arsenal" müdafiəçisini satır - "İnter"ə

"Arsenal"ın müdafiəçisi Ektor Belyerin İtaliyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, "İnter" 25 yaşlı futbolçunun transferində maraqlıdır.

"Neradzurra" İspaniya millisinin üzvünü mövsümün sonunda transfer etmək niyyətindədir. Bununla bağlı qarşı tərəflə danışıqlara tezliklə start veriləcək. "Topçular" da cinah müdafiəçisini satmağı planlaşdırırlar.

Qeyd edək ki, Ektor Belyerin bu mövsüm 16 oyunda iştirak edib, 1 qol, 2 assistlə yadda qalıb.