14:44 09-04-2020
news_image
158
FUTBOL

Karantinə alındı - Türkiyə millisinin futbolçusu

Türkiyə millisinin futbolçusu Yunus Mallı karantinə alınıb.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi klubu "Yunion Berlin"in məşqlərinə qatılmayıb.

Baş məşqçi Urs Fişer futbolçunun evində karantinə alındığını təsdiqləyib. Lakin o, oyunçunun koronavirus pandemiyasına yoluxub-yoluxmadığını bildirməyib. Videogörüntü vasitəsilə bəzi media nümayəndələrinin suallarını cavablandıran çalışdırıcı Yunusun nə üçün karantinə alındığını açıqlamayıb.

Qeyd edək ki, Yunus Mallı "Yunion Berlin"ə bu ilin əvvəlində digər Almaniya klubu "Volfsburq"dan icarəyə verilib.