16:02 09-04-2020
news_image
138
FUTBOL

Koutinyo İngiltərəyə qayıdır - London klubu üçün

"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo İngiltərəyə qayıtmağa çox yaxındır.

Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında "Bavariya"da çıxış edən ulduz futbolçu "Çelsi"yə keçməyə çox yaxındır.

London klubu 27 yaşlı "sambaçı"nın icarəyə götürülməsi üçün qarşı tərəflə danışıqlara başlayıb. Kataloniya təmsilçisi buna müsbət yanaşıb və birillik icarədən sonra Koutinyonun 65 milyon avroya birdəfəlik transfer edilmə şərtini müqaviləyə daxil etmək fikrindədir. Hazırda oyunçunun transfer qiyməti ilə bağlı danışıqlar davam etdirilir.

Qeyd edək ki, "Mançester Yunayted", "Tottenhem" və "Arsenal"ın da diqqət mərkəzində olan Koutinyo "Barselona"dan əvvəl İngiltərədə "Liverpul"un şərəfini qoruyub.