17:12 09-04-2020
news_image
125
FUTBOL

Baş məşqçi postuna üç namizəd - “Milan”ın

İtaliyanın “Milan” klubu yeni baş məşqçi axtarışına başlayıb.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Stefano Piolini əvəzləmək üçün 3 mütəxəssis arasında seçim edəcək.

Namizədlər siyahısında Ralf Ranqnik başçılıq edir. “Milan”ın idman direktoru İvan Qazidis almaniyalı ilə onlayn danışıqlar da aparıb. Onun təyinatına klubun büdcəsi mane ola bilər. Çünki Ranqnik heyətin gücləndirilməsi üçün kifayət qədər büdcə tələb etmək niyyətindədir.

“Milan”ın namizədlər siyahısındakı digər iki mütəxəssis də ölkə xaricindəndir. Bunlar ispaniyalılar Unai Emeri və Marselinodur.