17:49 09-04-2020
news_image
103
FUTBOL

"Yuventus" və "Mançester Yunayted"dən təklif - "Real"ın futbolçusuna

"Real" yarımmüdafiəçisi Hames Rodrigeslə yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, "kral klubu" bəzi oyunçular kimi, onu da sataraq, maliyyə durumunu yaxşılaşdırmaq niyyətindədir.

Kolumbiya millisinin üzvü artıq iki klubdan təklif alıb. Konkret olaraq "Yuventus" və "Mançester Yunayted" 29 yaşlı orta sahə oyunçusu uğrunda mübarizəyə qoşulub. Hamesin Premyer Liqada oynamaq arzusu "qırmızı şeytanlar"ı bu yarışda bir addım önə çəkir.

Qeyd edək ki, Hames Rodrigesin "Real"la müqavilə müddəti gələn ilin yayına qədərdir.