22:51 09-04-2020
news_image
434
FUTBOL

"Anrinin gözünün içinə baxmağa cəsarət etmədim" - Messi

"Barselona"nın kapitanı Lionel Messi sabiq komanda yoldaşı Tyerri Anri barədə xoş fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz keçmiş forvardı heyranlıqla izlədiyini söyləyib.

Messi fransalının üstün cəhətlərindən danışıb: "Barselona"nın əsas komandasındakı ilk günümdə paltardəyişmə otağına girəndə Anrinin gözünün içinə baxmağa cəsarət etmədim. İngiltərədə qazandığı hər şey haqqında bilirdim. Artıq uğurlu oyunçu imicinə sahib idi və anidən komandada yoldaşı olduq. Həmin vaxt Anriyə heyranlıqla baxırdım. Tyerrinin epizodu asanlıqla qol çevirmə bacarığını çox bəyənirdim".

Qeyd edək ki, Lionel Messi ilə Tyerri Anri 2007-2010-cu illərdə "Barselona"da çiyin-çiyinə çıxış edib.