00:09 10-04-2020
news_image
195
DİGƏR NÖVLƏR

“Azərbaycana uçduq və ...” – ABŞ gimnastı

“Dünya Kubokunun Melburndakı mərhələsində qazanılan qələbədən sonra növbəti yarışı gözləyirdim”.

Apasport.az saytının məlumatına görə, bunu ABŞ gimnastı Stiven Nedorosçik deyib.

Ölkəsinin ikiqat çempionu olan idmançı Bakıda keçirilən, lakin koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan idman gimnastikası üzrə Dünya Kubokunun mərhələ yarışını xatırlayıb. O, turnirin təsnifat mərhələsindən sonra dayandırılıb, ardınca ləğv olunmasına üzülüb: “Növbəti həftəsonu İllinoysdan Azərbaycana uçduq. Birbaşa yarışa yollanmışdıq. Səhər saat 5-də yuxudan oyandıqda bildiyim ilk xəbər mövsümün ləğvi və Azərbaycandan ayrılıb, ABŞ-a dönməli olmağımızla bağlı idi. Bu təsəlliverici durum deyildi. Ümumilikdə, karyeramda nələr baş verməyib? Gözləmədiyim hallar çox yaşanıb”.

Qeyd edək ki, idman gimnastikası üzrə Dünya Kubokunun Bakıdakı mərhələsi martın 12-15-də keçirilməli olsa da, ilk iki gündən sonra dayandırılıb.