00:15 10-04-2020
news_image
107
FUTBOL

"Milan" rəhbərliyini aldatdı - İbrahimoviç

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç ölkəsi İsveçdə sahibi olduğu "Hammarbü" komandasının heyətində məşqə çıxıb.

Apasport.az saytının məlumatına görə, veteran forvardın bu hərəkəti birmənalı qarşılanmayıb.

Məsələ burasındadır ki, "Milan" rəhbərliyi həm İtaliyada olan, həm də ölkəsinə yollanan oyunçularına evlərindən çıxmamaq tapşırığı verib. Zlatan İsveçə yollanarkən evində qalacağını açıqlasa da, "rossonyerlər"in şərtlərinə əməl etməyərək, "Hammarbü" ilə məşqə çıxıb, üstəlik, sosial məsafə qaydasını pozub.

Qeyd edək ki, İsveçdə əksər komandalar hələ də məşqlərini davam etdirirlər.