00:37 10-04-2020
news_image
161
FUTBOL

"Ronaldo "Real"a açıq qapı buraxdı" - dostu

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo "Real"a qayıda bilər.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin müdafiəçisi Joze Fonte deyib.

Hazırda "Lill" klubunun formasını geyinən və Ronaldo ilə yaxın dost olan Fontenin sözlərinə görə, 35 yaşlı superulduz Madridə qayıtmağa müsbət yanaşır: "Ronaldo "Real"ı, Madrid klubu da onu istəyir. Bunu hər kəs bilir. Ronaldo hətta son söhbət zamanı onlara açıq qapı buraxdı. Mövsümün sonunda bu dönüş baş tutarsa, şəxsən mən təəccüblənmərəm".

Qeyd edək ki, "Real"dan "Yuventus"a 100 milyon avroya keçən Kriştianu Ronaldo A seriyası təmsilçisinin heyətində 53 qola imza atıb.