10:13 10-04-2020
news_image
162
FUTBOL

Kanteni satmağa hazırdır - “Çelsi”

İngiltərənin “Çelsi” klubu mövsümün sonunda heyətində bəzi dəyişikliklər etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi tərk edəcəyi gözlənilən futbolçulardan biri Nqolo Kantedir.

Premyer Liqa klubu İspaniya “Real”ı və Fransa PSJ-sinin maraq dairəsində olan 29 yaşlı yarımmüdafiəçini satmaq niyyətindədir. Müqaviləsi 2023-cü ilin yayında başa çatacaq fransalının satışı londonluların büdcəsini də xeyli zənginləşdirməlidir. Bu səbəbdən də “Çelsi” sərfəli təkliflərə açıq olduğunu gizlətmir.

Qeyd edək ki, London təmsilçisi Kanteni 2016-cı ildə “Lester”dən 35,8 milyon avroya transfer edib. Nqolo cari mövsümdə 22 oyunda 3 qol vurub.