10:52 10-04-2020
news_image
179
FUTBOL

"Bakı" pulumu vermədi, sonra dağıldı" - ispaniyalı futbolçu

"Azərbaycan karyeram uğurlu başlamışdı. Lakin sonra işlər istədiyimiz kimi getmədi".

Apasport.az saytının məlumatına görə, bunu "Bakı"nın sabiq futbolçusu Mario Martines Rubio deyib.

Ölkəsi İspaniyada "Marca" nəşrinə geniş müsahibə verən keçmiş yarımmüdafiəçi Azərbaycan karyerasının qısa alınmasının səbəbini açıqlayıb. Ötən il karyerasını başa vuran Mario "Bakı"nın ona borclu qaldığını vurğulayıb: "Kiprdə olanda "Olimpiakos” maaşımı vermirdi, FİFA-ya şikayət etdim, azad agent statusu aldım. Oradan Azərbaycana yollandım. "Bakı"nın heyətində mövsümün ilk yarısı yaxşı keçdi. Heç bir problemim yox idi, hər şey əla idi. İkinci yarıda daha yaxşı olacağını gözləyirdim ki, tam tərsi oldu. Problemlər artdı, burada da pulumu vermədilər, ardından isə komanda dağıldı. Azərbaycandan sonra yollandığım Kolumbiyada da eyni problemi yaşadım. Çətin dönəmlərdən keçdim".

Qeyd edək ki, Mario Martines Rubio 2013-2014 mövsümünü "Bakı"nın heyətində keçirib.