11:24 10-04-2020
news_image
146
FUTBOL

Mahir Şükürov Türkiyədən qayıda bilmir – SƏBƏB

Azərbaycan millisinin keçmiş futbolçusu Mahir Şükürov Türkiyədə problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, o, sərhədlər bağlandığı üçün İstanbuldan Azərbaycana qayıda bilmir.

Şəxsi işləri ilə əlaqədar qonşu ölkəyə yollanan “Neftçi”nin sabiq müdafiəçisi dəfələrlə hava limanına üz tutsa da, uçuşların koronavirusa görə təxirə salınması səbəbindən otellərdə gecələmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Şükürov Bakıya qayıda bilsə, minimum 14 gün karantində saxlanılacaq (sportinfo.az).