12:11 10-04-2020
news_image
2756
FUTBOL

Adadan bezdi, yeni ev kirayələdi - Kriştianu Ronaldo

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo İtaliyaya qayıtmazdan əvvəl yaşadığı yeri dəyişib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası dönəmində ailəsi ilə birlikdə Madeyra adasındakı villasında qalan portuqaliyalı superulduz yeni evə köçüb.

Funkaldakı evdən bezən Ronaldo balıqçı kəndi sayılan Kanikalda lüks villa kirayələyib. Ailəsi ilə birlikdə artıq orada yaşayan 35 yaşlı oyunçu həftəlik 3500 funt-sterlinq ödəyir. Futbolçu gələn həftə Turinə qayıdacağı üçün bir müddət ondan ayrı qalacaq ailəsinə rahat yaşaması üçün bu villanı kirayələyib.

Həmin ev qapalı ərazidə palma ağaclarının əhatəsində yer alır. Üzü Atlantik okeanına tərəf olan villanın həyətində böyük hovuz var. Həmçinin bir neçə idman növü ilə məşğul olmaq üçün zallar da mövcuddur.

Qeyd edək ki, aprelin 13-də Turinə dönməyi planlaşdıran Kriştianu Ronaldo İtaliyada məşqlər öncəsi 14 günlük karantin dönəmini geridə qoyacağını düşünür.