12:34 10-04-2020
news_image
132
FUTBOL

"Yuventus" onu satır - PSJ-yə

"Yuventus" mövsümün sonunda yollarını ayıracağı ilk futbolçunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi yarımmüdafiəçi Miralem Pyaniçi transferə çıxarıb.

"Qoca sinyora" 30 yaşlı orta sahə oyunçusunun menecerini bu barədə xəbərdar edib. Bosniya və Herseqovina millisinin üzvü artıq ilk transfer təklifini də alıb. Menecer Fali Ramadani PSJ-nin idman direktoru Leonardo ilə bu keçidin mümkünlüyünü müzakirə edib. İtalyanlar onu 60 milyon avroya Fransa çempionuna satmağa hazırdır.

Qeyd edək ki, Miralem Pyaniçin "Yuventus"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.