12:56 10-04-2020
news_image
332
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov özünü başqa sahədə sınayacaq - FOTO

Azərbaycan şahmatçısı Teymur Rəcəbov sosial şəbəkə vasitəsilə maraqlı paylaşım edib.

Apasport.az saytının məlumatına görə, qrossmeyster tvitter səhifəsində stolüstü tennis masası şəkli paylaşıb və özünü idmanın başqa sahələrində sınamaq istədiyini vurğulayıb.

Rəcəbov şahmatsız günlərini bu şəkildə keçirdiyini yazıb: "Digər sahələrdə də nələr edə biləcəyimi tezliklə görəcəyəm. Çox vaxtım var, çox güman ki, 2021-ci ilə qədər böyük şahmat turniri olmayacaq. Yeni reallıqla yaşamağın vaxtıdır".