13:32 10-04-2020
news_image
156
FUTBOL

“Keşlə”nin iki sabiq futbolçusu “Top-50”də

Belarusda futbol tarixinin ən yaxşı 50 oyunçusunun siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda vaxtilə Azərbaycan klublarında çıxış etmiş futbolçular da yer alıb.

“Keşlə”nin (“İnter” adlandığı vaxt) heyətində forma geyinmiş Valentin Belkeviç səsvermədə 3-cü yeri tutub. Karyerasının ən yaxşı illəri Kiyev “Dinamo”su ilə bağlı olan yarımmüdafiəçi 956 xal toplayıb. O, 1-ci yeri tutan Sergey Aleynikov (983) və 2-ci olan Aleksandr Qlebdən (976) geri qalıb.

Sabiq “İnter”də oynamış Vladimir Makovski də “Top-50”yə layiq görülüb. O, topladığı 213 xalla siyahıda 38-ci olub.

Qeyd edək ki, Makovski Azərbaycan çempionatında 52 oyuna 11 qol vurub, Belkeviç isə 5 matç keçirib.