14:21 10-04-2020
news_image
100
FUTBOL

“Mançester Yunayted”ə keçməyə hazırdır - Sanço

Almaniyanın “Borussiya” klubunun futbolçusu Ceydon Sanço Dortmund təmsilçisini tərk etməyə hazırdır.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi İngiltərə “Mançester Yunayted”inə keçməyin əleyhinə deyil.

Vaxtilə “Mançester Siti”nin akademiyasında hazırlıq keçən Sanço həm bu şəhərlə tanışdır, həm də dostlar qazanıb. Onun Markus Reşfordla dostluğu da keçidə təkan verə bilər. Sonuncu da Sançi ilə eyni komandada oynamaq istədiyini açıqlayıb.

“Borussiya” isə futbolçusunu 110 milyon avrodan aşağı qiymətə satmayacağını gizlətmir. Bu qiymətə görə Sançonu heyətində görmək istəyən digər klublar – “Liverpul”la “Çelsi” geri çəkilib.

Qeyd edək ki, Ceydon cari mövsümün 23 oyununda 14 qol vurub.