15:04 10-04-2020
news_image
392
FUTBOL

Müqaviləsi bitəcək əcnəbi "11-lik" - Azərbaycan Premyer Liqasında

Avropanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da futbol yarışları dayandırılmasına baxmayaraq, klublar transfer çalışmalarına başlayıblar.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçiləri ilk növbədə müqavilə müddəti mövsümün sonuna qədər olan oyunçulardan komandaya lazım olanları saxlamağa çalışırlar.

Bu mənada əsas diqqətlər əcnəbi futbolçulara yönəlib. Artıq bəziləri karyerasını harada davam etdirəcəyini müəyyənləşdirib, bəziləri isə danışıqları davam etdirir. Premyer Liqanın 8 klubundan ümumilikdə 34 əcnəbi futbolçunun müqavilə müddəti mövsümün sonuna qədərdir. Onların bir neçəsinin sözləşməsində müddətin 1 il uzadılması bəndi yer alır. Həmçinin icarə müddəti bitənlər də var.

"Apasport" kollektivi tezliklə azad agent statusu daşıyacaq əcnəbi oyunçulardan ibarət simvolik "11-lik" müəyyənləşdirib. "11-lik" seçərkən futbolçuların keçmiş karyerasına deyil, hazırda komandalarına nə dərəcədə lazımlı olmalarına və cari mövsümdəki performanslarına önəm vermişik.

Müqavilə müddəti mövsümün sonuna qədər olan əcnəbilərdən ibarət rəmzi komanda:
Qapıçı: Stanislav Namaşko ("Keşlə")
Müdafiəçilər: İvitsa Juniç ("Qəbələ"), Miyuşko Boyoviç ("Keşlə"), Ailton Silva ("Qarabağ"), Vild-Donald Gerye ("Neftçi")
Yarımmüdafiəçilər: Con Kamara ("Keşlə"), Əmir Ağayev ("Sumqayıt"), Fernan Lopes ("Qəbələ")
Hücumçular: Abdullah Zubir ("Qarabağ"), Baqali Dabo ("Neftçi"), Riçard Qadze ("Zirə").