16:43 10-04-2020
news_image
111
FUTBOL

Noyerin tələbi bəlli oldu – 20 milyon

Almaniya millisinin və “Bavariya”nın futbolçusu Manuel Noyerin Münhen təmsilçisindən tələbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı qapıçı yeni müqavilənin 5 il müddətinə imzalanmasını, ildə 20 milyon avrodan çox qazanmasını istəyir.

Manuelin tələbi komanda yoldaşlarından bəzilərinin ondan daha çox qazanması ilə bağlıdır. Luka Ernandes və Filippe Koutinyonun ildə 20 milyon avro qazanması Noyeri də yüksək maaş tələb etməsinə səbəb olub.

Münhen təmsilçisi isə ona 2023-cü ilin yayına qədər müqavilə təklif edir. “Bavariya” ən yaxşı halda anlaşmaya sonradan 1 il uzadılması şərtini daxil edə bilər.

Qeyd edək ki, Noyer cari mövsüm Bundesliqada 25 oyun keçirib.