16:49 10-04-2020
news_image
217
FUTBOL

"Zirə"nin Skarlatake şərti

"Zirə"nin müdafiəçisi Adrian Skarlatake gələn mövsüm də komandada qala bilər.

Apasport.az saytının məlumatına görə, bu, rumıniyalı futbolçunun yerli vətəndaşlıq alıb-almamasından asılı olacaq.

Məsələ burasındadır ki, fasilə ilə də olsa, 7 ildən çoxdur Azərbaycanda yaşayan 34 yaşlı mərkəz müdafiəçisi yerli vətəndaşlıq üçün müraciət etməyə hazırlaşır. Skarla əslində artıq müraciət etməli idi. Lakin koronavirus pandemiyası onun planlarını pozub. Müdafiəçinin müraciəti müsbət nəticələnərsə, "Zirə" onunla yeni müqavilə bağlayacaq. Çünki bu baş tutarsa, veteran oyunçu yerli statusda çıxış edə biləcək.

Əks təqdirdə isə qəsəbə təmsilçisi onunla yollarını ayıracaq. Həm yaşının çoxluğu, həm də əcnəbi olması paytaxt təmsilçisini buna vadar edəcək.

Qeyd edək ki, ölkəmizdə "Xəzər Lənkəran" və "Keşlə"nin də formasını geyinmiş Adrian Skarlatake 2018-ci ildən "Zirə"də çıxış edir.