17:06 10-04-2020
news_image
293
TOKİO-2020

Tokio-2020: Təşkilat Komitəsinin icraçı direktoru Olimpiadanın baş tutacağına təminat vermədi

“Gələn ilin iyuluna qədər vəziyyəti nəzarətə götürüb-götürməyəcəyimizi kiminsə deyə biləcəyini düşünmürəm”.

Apasport.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Tosiro Muto deyib.

O bildirib ki, koronavirus pandemiyası üzündən 2020-ci ildən 2021-ci ilə təxirə salınan Olimpiadanın baş tutacağına təminat verə bilməz. Çünki iyulun 24-dən avqustun 9-dək keçirilməli olan yarışın təxirə düşməsinə səbəb olan koronavirus pandemiyası ilə vəziyyət hələ də qeyri-müəyyəndir: “Biz indi o vəziyyətdə deyilik ki, dəqiq cavab verə bilək. Alternativ planlar barədə düşünmək əvəzinə qüvvələrimizi birləşdirməliyik. Bütün dünya insanları texnologiyaları və biliklərini birləşdirməlidir ki, müalicə metodlarını, müalicəni və peyvəndləri hazırlasın”.

Qeyd edək ki, Olimpiya Oyunları 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.