00:11 11-04-2020
news_image
134
FUTBOL

Zidanın xahişi

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan rəhbərlikdən müdafiə xəttini gücləndirməyi xahiş edib.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis mövsümün sonunda mərkəz müdafiəçisi alınmasını istəyir.

Zidan Almaniyanın “Leypsiq” klubunda çıxış edən Deotşenkyul Yupamekanonu komandasında görmək istəyir. O, müdafiəçisi Serxio Ramosla Rafael Varanın birinci əvəzləyicisi olmasını planlaşdırıb. Hazırda bu funksiyanı Eder Milatao icra edir. Lakin 50 milyon avroya alınan braziliyalının inkişafı Zidanın ürəyincə deyil. Xose İqnasio Naço da məşqçinin etimadını doğrulda bilmir.

Qeyd edək ki, Yupamekanonun müqaviləsi 2021-ci ilin yayında  başa çatacaq.