09:54 11-04-2020
news_image
113
FUTBOL

"Neftçi"də çox xoşbəxt idim" - İqnasio Errera

"İndiyə qədər ən çox iki komandada xoşbəxt olmuşam".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin sabiq futbolçusu İqnasio Errera deyib.

Ölkəsi Çili mətbuatına müsahibə verən "Muşuk Runa" klubunun yarımmüdafiəçisi "Neftçi"dəki günlərini hələ də unuda bilmir. Hazırda Ekvadorda legioner həyatı yaşayan 33 yaşlı oyunçu Azərbaycanın onun həyatında xüsusi yerə malik olduğunu söyləyib: "Neftçi"də olanda hər şey yaxşı idi. Çox yaxşı çıxış edirdim, xoşbəxt idim. İnsanlarla xoş münasibət yaranmışdı. Çilidə isə "Kobreloa" klubu xoşuma gəlirdi. Xüsusi və böyük klub idi".

Qeyd edək ki, İqnasio Errera 2017-ci ilin əvvəlindən 2018-ci ilin yayına qədər "Neftçi"nin formasını geyinib.