13:41 11-04-2020
news_image
170
FUTBOL

Son 11 ilin ən yaxşıları - "böyük beşlik"də

"Böyük beşlik" ölkələrində 2009-cu ildən bəri oyunun ən yaxşısı seçilən futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, son 11 ildə İtaliya, İspaniya, Fransa, Almaniya və İngiltərədə bu ada ən çox layiq görülən oyunçular müəyyənləşib.

Bu baxımdan "Barselona"nın kapitanı Lionel Messi hamını qabaqlayır. Argentinalı superulduz bu müddət ərzində 196 dəfə La Liqada matçın ən yaxşısı seçilib. İngiltərə Premyer Liqasında lider hazırda "Real"ın formasını geyinən sabiq "Çelsi"li Eden Azardır (62 dəfə).

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys Bundesliqada 48 görüşün ən yaxşısı adını alıb. Fransa Liqa1-də PSJ-nin keçmiş hücumçusu Zlatan İbrahimoviçə hələ də çatan yoxdur. İsveçli 42 dəfə matçın qəhrəmanı olub.

İtaliya A seriyasında isə "Atalanta"nın hücumçusu Alexandro Qomes 38 dəfə oyunun ən yaxşısı seçilməklə liderdir.