14:05 11-04-2020
news_image
187
FUTBOL

“Norviç”dən 3 illik müqavilə - “Qarabağ”ın sabiq, millimizin yeni rəqibi ilə

İngiltərənin “Norviç” klubu yeni transfer gerçəkləşdirib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu Lüksemburq milli komandasının yarımmüdafiəçisi Danel Sinani ilə müqavilə imzalayıb.

23 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Lüksemburqlu mövsümlərarası fasilədə yeni komandasına qoşulacaq.

Çıxış etdiyi “Düdelanj”la müqaviləsi yayda başa çatan Sinaninin keçidi pulsuz başa gəlib. O, ingiltərəlilərə azad agent kimi qoşulacaq.

Sinani “Norviç”in diqqətini avrokuboklarda cəlb edib. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda yer alan “Düdelanj”ın futbolçusu 5 oyunda qol vurub. O, Lüksemburq çempionatının cari mövsümündə 17 matçda 14 dəfə fərqlənib.

Qeyd edək ki, Sinani Lüksemburq yığması ilə də Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olacaq.