15:18 11-04-2020
news_image
171
FUTBOL

“Yuventus”un iki gözaltısı

İtaliyanın “Yuventus” klubunun mövsümlərarası fasilədə heyətinə qatmaq istədiyi daha iki futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunlar Nqolo Kante və Sergey Milinkoviç-Saviçdir.

İspaniya “Real”ı və Fransa PSJ-sinin də transfer siyahısında yer alan Kantenin keçidini “ağ-qaralar”ın baş məşqçisi Maurisio Sarri istəyib. O, “Çelsi”də işlədiyi vaxtdan tanıdığı fransalı yarımmüdafiəçinin London klubundan alınmasını istəyir. “Yuventus” Kantenin keçidi üçün İngiltərə təmsilçisinə Miralem Pyaniç, Daniele Ruqani və ya Aleks Sandronu da təklif edə bilər. Londonlular isə 29 yaşlı futbolçusunu 80 milyon avroya satmaq fikrindədir.

Serbiyalı yarımmüdafiəçiyə isə əsasən alternativ variant kimi baxılır. “Latsio”nun 25 yaşlı futbolçusunun transferi Pol Poqba ilə bağlı planlar gerçəkləşməsə baş tutacaq. İngiltərə “Mançester Yunayted”indəki futbolçunu qaytarmaq istəyən Turin təmsilçisi Sergeyi də maraq dairəsində saxlayır.