23:46 09-04-2020
news_image
75
FUTBOL

UEFA PFL və “Sabah”dan yazdı

UEFA-nın rəsmi saytı koronavirus pandemiyası ilə bağlı yaranan fasilədə quruma üzv olan ölkələrin futbolunda baş verənlərlə bağlı yazı hazırlayıb.

Apasport.az saytının məlumatına görə, qurum Azərbaycandakı duruma da qısa münasibət bildirib.

Yazıda qeyd olunur ki, futbol azarkeşləri və onların ailələrində mənəvi ruh yüksəkliyi yaratmaqla bağlı milli kampaniyada Azərbaycan Peşəkar Futbol Liqası da iştirak edir: “Qurum instaqram səhifəsində liqanın oyunlarından əyləncəli şəkillər paylaşır”.

UEFA “Sabah” klubunun atdığı addımları da vurğulayıb: “Sabah”ın oyunçuları, məşqçilər korpusu və əməkdaşları koronavirusla mübarizə milli fonduna 25 min avrodan (50 min manat) artıq vəsait toplayıblar. Bu klub həmçinin koronavirusa yoluxan xəstələrlə gecə və gündüz çalışan həkim və tibb bacılarının dəstək xarakterli video da yayımlayıb”.