21:44 11-04-2020
news_image
117
FUTBOL

Növbəti maddi zərbə - "Real" və "Barselona"ya

Koronavirus pandemiyası səbəbindən futbol üzrə Beynəlxalq Çempionlar kubokunun ləğvi klublara növbəti maddi ziyana uğradıb.

Apasport.az saytının məlumatına görə, xüsusən də, "Real" və "Barselona" bu qərardan ciddi zərbə alıb.

Əzəli rəqiblər turnir çərçivəsində Las Veqasda qarşılaşmalı idilər. Bu isə onların hər birinə 19,5 milyon dollar qazanc gətirəcəkdi. Turnirin ləğv olunması "Real" və "Barselona"nı həmin məbləğdən məhrum edib.

Qeyd edək ki, 2013-cü ildən ənənəvi olaraq keçirilən turnirdə dünyanın aparıcı klubları iştirak edirlər.