21:51 11-04-2020
news_image
119
FUTBOL

“Roma” onu heyətində görmək istəyir – azad agent kimi

İngiltərənin “Çelsi” klubundan ayrılacağı gözlənilən Villian daha bir komandanın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, yayda müqaviləsi başa çatan braziliyalını heyətində görmək istəyən klublar sırasına İtaliya “Roma”sı da qoşulub.

“Canavarlar” azad agent statusuna malik futbolçu ilə ön xəttini gücləndirməyi planlaşdırır. “Çelsi” isə Villianı 2 illik müqavilə imzalamağa razı salmağa çalışır. Hərçənd futbolçu minimum 3 illik anlama tələbindən geri çəkilmək fikrində deyil.

Qeyd edək ki, cənubi amerikalı cari mövsüm Premyer Liqanın 28 oyununda 5 qol vurub.