22:46 11-04-2020
news_image
130
FUTBOL

Qışda ala bilmədiyi futbolçuya yenidən elçi düşdü - “Barselona”

İtaliyanın “Yuventus” klubundakı durumundan narazı olan Federiko Bernardeski İspaniya “Barselona”sına keçə bilər.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi italiyalı yarımmüdafiəçiyə yenidən maraq göstərir.

Ötən qış Bernardeskii heyətində görmək istəyən “Barselona” onun əvəzində İvan Rakitiçi verməyə hazır idi. Lakin həmin vaxt tərəflər razılıq əldə edə bilməmişdi. Kataloniyalılar mövsümlərarası fasilədə yenidən Turin klubu ilə danışıqlara başlamaq niyyətinə düşüb.

Qeyd edək ki, Federiko cari mövsüm A seriyasında 18 matç keçirib.