23:09 11-04-2020
news_image
292
FUTBOL

Mövsümün simvolik heyəti - Liqa1-də

Fransa Liqa1-də mövsümün simvolik heyəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yüksək tirajlı "L’Equipe" nəşri cari mövsümün indiyə qədərki dönəminin ən yaxşı "11-liy"ini açıqlayıb.

Heyətdə PSJ-dən 4, "Reyms"dən 3, "Lill"dən 2 oyunçu düşübsə, "Monako" və "Strasburq" hərəyə 1 futbolçu ilə təmsil olunub.

Qapıçı: Predraq Raykoviç ("Reyms")
Müdafiəçilər: Məhəmməd Simakan ("Strasburq"), Qabriel ("Lill"), Yunis Abdelhamid, Hassan Kamara (hər ikisi "Reyms")
Yarımmüdafiəçilər: Renato Sançes ("Lill"), Marko Verratti, Anxel Di Mariya (hər ikisi PSJ)
Hücumçular: Neymar, Kilian Mbappe (hər ikisi PSJ), Vissam Ben-Yedder ("Monako").
Ehtiyat qüvvə: Stiv Mandanda ("Marsel"), Aleksander Ciku ("Strasburq"), Fetu Mauassa ("Renn"), Teji Savanye ("Monpelye"), Dimitri Paye ("Marsel"), Viktor Osimhen ("Lill"), Andi Delor ("Monpelye").