23:46 11-04-2020
news_image
174
FUTBOL

“Atalanta” İliçiçə əvəzləyici tapdı – Argentinada

İtaliyanın “Atalanta” klubu argentinalı futbolçu transfer edəcək.

Apasport.az saytının məlumatına görə, Berqamo təmsilçisi “Lanus” klubunda çıxış edən Pedro De La Veqanı heyətinə qatmağa qərar verib.

Argentinanın U-20 yığmasının formasını geyinən gənc istedad “Lanus”un əsas komandasında cari mövsüm debüt edib. 19 yaşlı futbolçu 17 matçda 4 qol da vurub.

Sağ vinger mövqeyində çıxış edən Pedro digər cinahda da oynamaq bacarığına malikdir. İspaniya vətəndaşlığı da olan futbolçusu Avropa Şurasının təmsilçisi kimi qeydiyyatdan keçirməklə legioner statusundan yayınmaq da mümkün olacaq.

Pedronun transferi Yosip İliçiçin komandadan ayrılmaq ehtimalı ilə bağlıdır. Bombardirlik keyfiyyətləri ilə seçilən sonuncunu argentinalı əvəz etməlidir. Cənubi amerikalının transferi üçün 10 milyon avro xərclənəcəyi gözlənilir.