00:15 12-04-2020
news_image
94
FUTBOL

De Rossinin arzusu

"Bir klubda 20 ilə yaxın oynamaq nadir hadisədir. Buna görə də, mənim karyeram qeyri-adi hesab edilə bilər".

Apasport.az saytının məlumatına görə, bunu "Roma"nın əfsanəvi futbolçusu Daniele De Rossi deyib.

Son mövsümü "Boka Xuniors"da keçirən və bu il karyerasını başa vuran 37 yaşlı yarımmüdafiəçi ən böyük arzusunun "Roma"nı çalışdırmaq olduğunu bildirib. Lakin o, məşqçi kimi burada uzun müddət qalacağına inanmır: "Bunu məşqçi kimi təkrarlamağı xəyal edə bilmirəm. Çünki məşqçilik bu qədər uzun sürmür. "Roma"nın baş məşqçisi olmaq istəyirəm. Amma əvvəlcə bütün gənc mütəxəssislər kimi, məcburi məşqçilik kursundan keçməliyəm".

Qeyd edək ki, Daniele De Rossi 2001-2019-cu illərdə "Roma"nın əsas komandasının formasını geyinib.