00:41 12-04-2020
news_image
211
FUTBOL

La Liqanın birincisi - “Real-Sosyedad”

İspaniya La Liqasında koronavirus pandemiyası üzündən yaranan fasilədən sonra məşqləri bərpa edəcək ilk komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Real-Sosyedad” aprelin 14-də əsas komandanın məşqlərinə start verəcək.

La Liqa təmsilçisi klubun bazasında hazırlıq keçəcək və məhdudiyyət qaydalarına riayət edəcək. Futbolçular 2-3 nəfərlik qruplarla çalışacaq, ayrı-ayrı soyunub-geyinmə otaqlarından yararlanacaq və məsafəni qoruyacaq. Həmçinin futbolçular, məşqçilər və bütün personal müayinə olunacaq.