12:12 12-04-2020
news_image
129
FUTBOL

“Tottenhem” Keyni satır – 227 milyona

İngiltərənin “Tottenhem” klubunun maliyyə problemləri yaranıb.

Apasport.az saytının məlumatına görə, bu səbəbdən də London klubu futbolçusu Harri Keyni “Mançester Yunayted”ə satmağa hazırdır.

Amma “Tottenhem” hücumçusu üçün 227 milyon avro istəyir. Bu məbləğ klubun borclarını ödəmək üçün yetərli olan vəsaitdir. Borcların yaranmasına yeni stadionun tikintisi ilə bağlı kreditlər və transferlər səbəb olub.

Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan Keyn 2009-cu ildən əsas komandada oynayır. Cari mövsüm 25 oyuna 17 qol vuran forvardın müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.